Hacıqabulda avtomobil dirəyə çırpıldı

Hacıqabulda avtomobil dirəyə çırpıldı
HADİSƏ

17 fevral 2020, 23:28

Mətn ölçüsü

Hacıqabulda xəsarətlə nəticələnən yol qəzası baş verib.

News24.az  xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Padar kəndindən keçən hissəsində yerləşən körpüdə qeydə alınıb.

Sabirabad rayonunun Kovlar kənd sakini, 1998-ci il təvəllüdlü Burzuyev Əli Əlibəndə oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq körpünün dəmir-beton dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ə.Burzuyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.