"Sədərək"də güclü yanğın - VİDEO - YENİLƏNDİ

"Sədərək"də güclü yanğın - VİDEO - YENİLƏNDİ
HADİSƏ

18 fevral 2020, 09:23

Mətn ölçüsü

"Sədərək" ticarət mərkəzindəki yanğında beş nəfər tüstüdən zəhərlənib, bir nəfər isə yüngül xəsarət alıb.

News24.az xəbər verir ki, ilkin məlumata görə, yanğın başlayan korpusda 60-a yaxın mağaza tamamilə yanıb.
Onlardan ikisi 160 kvadratmetrlik ayaqqabı mağazalarıdır. /Oxu.az/

***09:37
"Sədərək" ticarət mərkəzində güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, 112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.