Sədərəkdəki yanğına 5 təcili tibbi yardım CƏLB OLUNDU - YENİLƏNDİ 2

Sədərəkdəki yanğına 5 təcili tibbi yardım CƏLB OLUNDU - YENİLƏNDİ 2
HADİSƏ

18 fevral 2020, 14:19

Mətn ölçüsü

"Sədərək" Ticarət Mərkəzindəki yanğından sonra daha 2 nəfər də Toksikoloji Mərkəzə aparılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) News24.az-a verilən məlumata görə, onlar ambulator müayinədən sonra evə buraxılıblar.

***10:55
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) "Sədərək" Ticarət Mərkəzində baş verən yanğında başından travma alan şəxslə bağlı məlumat yayıb. 

News24.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzə aparılan şəxsə xəstəxanada ambulator yardım göstərilib, evə buraxılıb.

***09:56
"Sədərək" Ticarət Mərkəzində baş verən yanğına 5 təcili tibbi yardım briqadası cəlb olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) News24.az-a verilən məlumata görə, hadisə yerində 9 nəfərə yerində yardım göstərilib, bir nəfər isə başın travması ilə Kliniki Tibbi Mərkəzə aparılıb.