"Nəyim vardı, hamısı kül oldu..."- Yanan Sədərəkdən - SON GÖRÜNTÜLƏR - FOTO - VİDEOREPORTAJ
    • 18-02-2020, 11:57
    • 1 677

"Nəyim vardı, hamısı kül oldu..."- Yanan Sədərəkdən - SON GÖRÜNTÜLƏR - FOTO - VİDEOREPORTAJ

Bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.

News24.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın ticarət mərkəzinin 8-ci sırasında, daha çox ayaqqabıların satıldığı ərazidə olub. 

Sahibkarlar hadisə zamanı 60-dan çox mağazanın yandığını bildiriblər. Onalara dəyən ziyanın isə 5-60 min manat civarında olduğunu vurğulayıblar. Eyni zamanda da mağzaların sığortasının olmadığını deyiblər.

"Sədərək" Ticarət Mərkəzinin son görüntülərini təqdim edirik:

Sevda Bayramova
Foto-Video: Fərid Şabanov