Bakıda YANĞIN - XƏSARƏT ALAN VAR
    • 18-02-2020, 14:45
    • 718

Bakıda YANĞIN - XƏSARƏT ALAN VAR

Bakıda yanğın olub.

FHN-dən News24.az-a verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin içərisində ev əşyaları 6 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Tikili və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.