USD 1.7
EUR 1.8385
TRY 0.2518
RUB 0.022
  • Bakı 9°C
  • ŞUŞA -3°C
  • GƏNCƏ 5°C
  • LƏNKƏRAN 3°C
  • ŞƏKİ 3°C
  • QUBA 2°C
  • NAXÇIVAN 7°C

Şəmkirdə əl qumbaraları və mərmi TAPILDI - FOTOLAR

HADİSƏ

Mətn ölçüsü

Şəmkir rayonunda əl qumbaraları və mərmilər tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) News24.az-a verilən məlumata görə, fevralın 18-i saat 13:06-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Şəmkir rayonu, Qasımlar kəndi ərazisində yerləşən meşə sahəsindən əl qumbarasının və mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Şəmkir Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Şəmkir Regional Bölməsinin (113 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib və əraziyə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 8 ədəd F-1 əl qumbarası, 20 ədəd UZRQM partladıcısı və 343 ədəd müxtəlif çaplı patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı əşyaların ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m

Qalereya

7

Xəbəri paylaş:


Oxşar xəbərlər