Bakıda 3 yaşlı Zəhranı oğurlayan qadını gözləyən CƏZA
    • 20-02-2020, 12:43
    • 761

Bakıda 3 yaşlı Zəhranı oğurlayan qadını gözləyən CƏZA

Bakıda körpə qızı oğurlayan qadın barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb. 

News24.az-ın məlumatına görə, Sabunçu rayonu ərazisində azyaşlı Zəhra Bağırovanı oğurlayan Nəzərova Tərgül Şükür qızı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin  144.3-cü, yəni, adam oğurluğu - yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddəsi ilə açılan işin materialları Bakı AĞır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxlacaq və yaxın günlərdə məhkəmə prosesi başlayacaq. Günahı sübuta yetirilərsə, T.Nəzərovanı 10-15 il arası həbs cəzası gözləyir.

Xatırladaq ki, Sabunçu rayon Sabunçu qəsəbə sakini, 2015-ci il təvəllüdlü Bağırzadə Zəhra Rəsul qızı keçən il iyunun 4-də günorta saatlarında yaşadığı evdən itkin düşmüşdü. Azyaşlı iyunun 6-da tapılaraq ailəsinə təhvil verilib. Onu qaçıran qadının qaraçı olduğu və uşağı diləndirmək məqsədilə oğurladığı bildirilib.