Şabranda 8 otaqlı EV YANDI
    • 20-02-2020, 13:37
    • 868

Şabranda 8 otaqlı EV YANDI

Şabran rayonunda yanğın hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Şabran şəhəri Vəli Abdullayev küçəsində, Allahverdiyev Hüseyn Xudaverdi oğluna məxsus yaşayış evində qeydə alınıb.

Hadisə nəticəsində ümümi sahəsi 280 kv-m olan 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evinin 4 otağı 70 kv-m sahədə, 140 kv-m dam və tavan hissəsi yanıb. Dərhal əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənləri səyi nəticəsində alovun qarşısı alınıb və ətrafərazilər mühafizə olunub.

Yanğın nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimal olaraq hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirilir. Hazırda faktla bağlıaraşdırma aparılır.