Rəşid Behbudov küçəsində beşmərtəbəli bina yanıb
    • 20-02-2020, 23:47
    • 772

Rəşid Behbudov küçəsində beşmərtəbəli bina yanıb

Bakının Nəsimi rayonu, Rəşid Behbudov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olub.

News24.az FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. 

Qısa müddət sonra yaşayış binasının dam örtüyündə baş vermiş yanğın söndürülüb.
Hazırda kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv elementlərin söküntüsü işləri aparılır.

Əlavə məlumat veriləcək.