Naxçıvanda bir ailənin 3 üzvü yol qəzasında ÖLDÜ
    • 21-02-2020, 12:45
    • 675

Naxçıvanda bir ailənin 3 üzvü yol qəzasında ÖLDÜ

Naxçıvanda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, fevralın 20-də, saat 12 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakinləri N.Rəhimovun idarə etdiyi “VAZ-21074” və Ə.Məmmədovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub. 

Nəticədə R.Rəhimov və sərnişinləri Çəmən Hüseynova, oğlu T.Hüseynov, gəlini Tünzalə Hüseynova və nəvəsi, 1 yaşlı Allahverdi, habelə Ə.Məmmədovun sərnişini olan arvadı A.Məmmədova xəstəxanaya yerləşdirilib. 

Ç.Hüseynova, T.Hüseynova və azyaşlı orada ölüb. Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.