Bakıda itkin düşən 81 YAŞLI QADIN AXTARILIR
    • 21-02-2020, 17:32
    • 990

Bakıda itkin düşən 81 YAŞLI QADIN AXTARILIR

Bakıda 81 yaşlı Rzayeva Şərqiyyə Həsənbala qızı itkin düşüb.

Bu barədə News24.az-a məlumat verən Ş.Rzayevanın yaxınları bildiriblər ki, o 18 fevral tarixində Yeni Suraxanıda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. 

Ötən gün isə onu Neftçilər metrosunun yaxınlığından tapılan 81 yaşlı qadın Təcili Tibbi Yardım briqadası ilə Mərdəkan qəsəbəsində yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılıb. Lakin, Rzayeva Şərqiyyə bu gün səhər saatlarında xəstəxananı tərk edib. 

Qeyd edək ki, Ş.Rzayevanın eşitmə problemi var və oğlundan başqa heç kimi tanımır. 

Onu görənlərdən oğlu Rzayev Süleymanla  - 070 568 44 69 nömrəsi ilə əlaqə saxlamaqları xahiş olunur.

Teymur Məmmədov