Azərbaycanın rayonlarında ev, paytaxtda isə maşın OD TUTUB YANDI
    • 21-02-2020, 19:22
    • 1 863

Azərbaycanın rayonlarında ev, paytaxtda isə maşın OD TUTUB YANDI

Cəlilabad və Ağru rayonların ev, Bakıda isə avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Cəlilabad rayonunun Çünzəli kəndində ümumi sahəsi 210 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 105 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağsu rayonunun Qaravəlli kəndində ümumi sahəsi 280 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar 238 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xətai rayonunda “Daewoo” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.