Bakıda tələbə qız dəm qazından ÖLDÜ
    • 22-02-2020, 11:30
    • 794

Bakıda tələbə qız dəm qazından ÖLDÜ

Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.   

Hadisə paytaxtın Nizami rayonundan qeydə alınıb. Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Məmmədova Günel Camal qızı kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, G. Məmmədova tələbə olub. /Apa/