Bakıda sürücü məsuliyyətsizliyi – Yükünü yola boşalda-boşalda getdi – VİDEO
    • 22-02-2020, 12:48
    • 1 714

Bakıda sürücü məsuliyyətsizliyi – Yükünü yola boşalda-boşalda getdi – VİDEO

Bakıda daşıdığı qumu yola boşalda-boşalda hərəkət edən yük maşınının görüntüləri yayılıb.

News24.az-ın məlumatına görə, hadisə Bayıl qəsəbəsində, Bayraq Meydanı istiqamətinə gələn yolda baş verib. Yük yerinin qapısının yaxşı bağlanmaması səbəbindən böyük həcmdə qum yola dağılıb. Hadisə arxadan gələn avtomobilin video-qeydiyyat cihazı ilə lentə alınıb. Həmin görüntüləri təqdim edirik.

Qeyd edək ki, paytaxt Bakıda yükdaşıma qaydalarının pozulması hallarına tez-tez rast gəlinir.