Rusiyaya qanunsuz tütün keçirmək istəyən azərbaycanlı saxlanıldı
    • 22-02-2020, 20:52
    • 905

Rusiyaya qanunsuz tütün keçirmək istəyən azərbaycanlı saxlanıldı

Azərbaycanlı Rusiyanın Dağıstan Respublikasının Məhərrəmkənd gömrük məntəqəsindən qanunsuz tütün keçirmək istəyib.


News24.az-ın Skfo.ru-ya istinadən verdiyi xəbərə görə, Rusiyaya gedən “Mercedes-Benz” markalı avtomobildən 1500 qutu çeynənən tütün aşkar edilib.


45 kq-dan çox ağırlıqda olan tütün maşının baqaj hissəsindən tapılıb.


Qeyri-qanuni gətirilən mallar müsadirə olunaraq ekspertizaya göndərilib.


Faktla bağlı araşdırma aparılır.