Bakıda yaşayış binasında yanğın BAŞLADI

Bakıda yaşayış binasında yanğın BAŞLADI
HADİSƏ

24 fevral 2020, 11:07

Mətn ölçüsü

Bakıda yaşayış binasında yanğın başlayıb.

News24.az-ın Fövqəladə Hallar Nazirliyində istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 47 ünvanında 16 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində mənzildə yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.