Bakının girişindəki təpələr belə dağıdıldı – VİDEO
    • 24-02-2020, 17:09
    • 845

Bakının girişindəki təpələr belə dağıdıldı – VİDEO

Bakı-Sumqayıt yolunun Biləcəri enişindəki hissəsində bir neçə il əvvəl yaradılmış süni təpəliklər dağıdılıb.

News24.az-ın məlumatına görə, yolun genişləndirilməsi ilə əlaqədar yaradılan təpəliklər və digər süni avadanlıqlar sökülüb.

Qeyd edək ki, bu təpəlikləri örtən qazonun daim sulanması ərazidə yolun çatlamasına və çökmə riskinin yaranmasına səbəb olmuşdu.

Təpəliklər Binəqədi rayonunun sabiq icra başçısı Xaləddin İsgəndərovun təklifi ilə hazırlanmışdı.