Bakıda 60 yaşlı kişi özündən 23 yaş kiçik sevgilisi ilə DƏM QAZINDAN BOĞULDU
    • 24-02-2020, 18:31
    • 1 244

Bakıda 60 yaşlı kişi özündən 23 yaş kiçik sevgilisi ilə DƏM QAZINDAN BOĞULDU

Bakıda iki nəfər dəm qazından boğulub.

News24.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon ərazisindəki evlərdən birində kirayədə yaşayanlar - 1960-cı il təvəllüdlü Qulamov Bəşir Əbülfəz oğlu və 1982-ci il təvəllüdlü (M.Z) dəm qazından boğularaq ölüblər.

Onlar qeyri-rəsmi nikah münasibətlərində olublar.

Faktla bağlı araşdırma aparılır. /APA/