Eldar Əzizov Ukraynanın Azərbaycandakı SƏFİRİ İLƏ GÖRÜŞDÜ
    • 24-02-2020, 19:15
    • 965

Eldar Əzizov Ukraynanın Azərbaycandakı SƏFİRİ İLƏ GÖRÜŞDÜ

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb.

Səfirlikdən News24.az-a verilən məlumata görə, tərəflər görüş zamanı geniş əhatəli, xüsusilə də Ukrayna və Azərbaycanın inzibati-ərazi vahidləri arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələləri müzakirə ediblər.

Görüşün nəticələrinə əsasən, tərəflər yeni qarşılıqlı əlverişli layihələrin həyata keçirilməsində maraqlı olduqlarını, eləcə də ticari-iqtisadi, mədəni-humanitar, turizm və digər sahələrdəki mövcüd əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.