Xırdalanda 18 yaşlı gənc qarnından bıçaqlandı

Xırdalanda 18 yaşlı gənc qarnından bıçaqlandı
HADİSƏ

24 fevral 2020, 23:47

Mətn ölçüsü

Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.
News24.az xəbər verir ki, 2002-ci il təvəllüdlü Nuriyev Nurlan Nəsimi oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.