Qubada ikimərtəbəli EV YANDI
    • 25-02-2020, 13:39
    • 795

Qubada ikimərtəbəli EV YANDI

Qubada yanğın hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Tülər kəndində, Dadaşov Mehdi Əlipaşa oğluna məxsus yaşayış evində qeydə alınıb. Yanğın nəticəsində ümumi sahəsi 300 kvadratmetr olan 2 mərtəbəli mənzilin ikinci mərtəbəsində 80 kv-m yaşayış hissəsi və dam örtüyü yanıb. Hadisə yerinə  Quba yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Qısa zamanda alov söndürülüb və ətraf ərazilər yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin versiya olaraq yanğına səbəb kimi ehtiyatsızlıq göstərilir. Hazırda faktla bağlı araşdırma aparılır.