Bakıda qeyri-adi yol qəzası - FOTO
    • 25-02-2020, 19:54
    • 746

Bakıda qeyri-adi yol qəzası - FOTO

Bu gün Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri zamanı qəza baş verib. 


News24.az-ın məlumatına görə, yolun Biləcəri qəsəbəsi ərazisindəki hissəsinin kənarındakı təpələrin dağıdılaraq daşınması zamanı Shacman markalı gük avtomobili qazılmış çalaya düşüb. Bu zaman avtomobil arxa təkərləri üstünə qalxıb və sürücü kabinası havaya yüksəlib.


Xoşbəxtlikdən xəsarət alan olmayıb, lakin ərazidən keçənlər qorxu yaşayıblar. Söküntü işinə cəlb edilmiş ekskavatorlar çalaya düşən yük maşınını xilas edib.