Sumqayıtda süngər sexində yanğın - bir nəfər zəhərləndi
    • 25-02-2020, 21:35
    • 863

Sumqayıtda süngər sexində yanğın - bir nəfər zəhərləndi

Sumqayıt şəhərində ümumi sahəsi 200 kvadratmetr olan süngər sexində yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən News24.az-a bildiriblər ki, hadisə nəticəsində sex və içərisindəki bir dəzgah yanıb. Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Yaxınlıqdakı sexlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.