Qaradağda üç maşın toqquşdu, ölən var

Qaradağda üç maşın toqquşdu, ölən var
HADİSƏ

26 fevral 2020, 20:20

Mətn ölçüsü

Bakının Qaradağ rayonynda üç avtomobilin iştirakı ilə qəza baş verib.

News24.az FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda “BMW”, “Daewoo” və "Fiat” markalı 3 minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Daewoo” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.