"Baxın ay millət, guya insanları koronavirusdan qoruyurlar" - Astara GÖMRÜK POSTUNDAN ŞOK VİDEO
    • 26-02-2020, 23:07
    • 5 843

"Baxın ay millət, guya insanları koronavirusdan qoruyurlar" - Astara GÖMRÜK POSTUNDAN ŞOK VİDEO

İrandan gələn vətəndaşlar Astara gömrük-sərhəd keçid məntəqəsində saxlanılıb.


News24.az xəbər verir ki, müayinə məqsədilə saxlanılan vətəndaşlar şəraitdən narazı qaldıqlarını bildiriblər. Onların sözlərinə görə, koronavirusla mübarizə aparılsa da, gigiyenik qaydalara əməl edilmir: "Baxın ay millət, guya insanları koronavirusdan qoruyurlar, amma heç bir gigiyenik qaydalara əməl etmirlər. Əl yumaq üçün sabun belə qoymayıblar. Yoldan gəlmişik. İçməyə su belə verməyiblər. Saatlarla müayinə üçün bizi burada saxlayırlar, amma müayinə edən yoxdur".


Sözügedən görüntüləri sizə təqdim edirik: