Gürcüstan koronavirusa görə ÇAXNAŞMAYA ƏSAS GÖRMÜR
    • 27-02-2020, 12:20
    • 809

Gürcüstan koronavirusa görə ÇAXNAŞMAYA ƏSAS GÖRMÜR

Gürcüstanın Baş naziri Qiorqi Qaxariya və tibb idarələrinin nümayəndələri ölkədə yeni aşkar edilmiş ilk koronavirusun hadisəsi ilə əlaqədar çaxnaşma üçün əsas olmadığını bildiriblər.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə hökümətin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Gürcüstan Səhiyyə Nazirliyi çərşənbə günü Gürcüstana Azərbaycandan gələn və bundan əvvəl İranda olan 50 yaşlı kişidə koronavirus infeksiyasının ilk halının aşkarlandığını elan edib.

Həmin şəxslə ünsiyyətdə olan Gürcüstanla Azərbaycanla sərhəddəki Gürcüstan sərhəd məntəqəsinin əməkdaşları karantinə göndərilib.

Gürcüstan hakimiyyəti hava nəqliyyatı ilə yanaşı, quru yolu ilə İrandan gələn və Gürcüstandan İrana gedən vətəndaşlara qadağa tətbiqi qərarını alıb.