“Azərbaycan Dəmir Yolları”na məxsus binada YANĞIN
    • 27-02-2020, 16:49
    • 619

“Azərbaycan Dəmir Yolları”na məxsus binada YANĞIN

Xızıda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Xızı rayonunun Yaşma kəndində, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus ümumi sahəsi 80 m² olan binanın bir otağında döşəmə və avadanlıqlar 4 m² sahədə, digər otağında kondisioner, 2 ədəd şkaf və pəncərə çərçivəsi yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.