Gürcüstanda koronavirusa yoluxan azərbaycanlının DURUMU AÇIQLANDI

Gürcüstanda koronavirusa yoluxan azərbaycanlının DURUMU AÇIQLANDI
HADİSƏ

27 fevral 2020, 19:10

Mətn ölçüsü

“Ötən gün koronavirus diaqnozu qoyulan Gürcüstan vətəndaşı özünü yaxşı hiss edir”.

News24.az xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə nazirinin birinci müavini Tamar Qabunia bildirib.

Onun sözlərinə görə, həmin şəxsin vəziyyəti tamamilə qənaətbəxşdir.

Nazir müavini pasiyentin həkimlərin nəzarəti altında saxlanıldığını deyib.

Qeyd edək ki, koronavirusun aşkar olunduğu Gürcüstan vətəndaşı etnik azərbaycanlıdır.