Metroda generatorlar olsa da, niyə işıqlar söndü?

Metroda generatorlar olsa da, niyə işıqlar söndü?
HADİSƏ

27 fevral 2020, 20:44

Mətn ölçüsü

"Azərenerji" ASC- nin 10 yarımstansiyasında 17 dizel generatoru quraşdırılıb. Generatorlar tam olaraq istifadəyə hazırdır, xəttə qoşulub. Əgər metro stansiyalarına verilən yüksək gərginlikli elektrik enerjisi hansısa halda dayandırılarsa, generatorlar dərhal işə düşəcək və qatarlar sərnişinləri tam təhlükəsiz tuneldən çıxarılacaq”.


News24.az xəbər verir ki, bunu ötən aylarda açıqlamasında "Bakı Metrpoliteni"QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov demişdi.
Xəbər verdiyimiz kimi, bu gün Bakı metrosunda gərginliyin düşməsi nəticəsində qatarların hərəkəti dayanıb.


Bəxtiyar Məmmədov  bildirib ki, metronun “Koroğlu” stansiyasından “Həzi Aslanov”a qədər gərginlik düşüb. Bu da qatarların hərəkətinin dayanmasına səbəb olub.