Ağaxan Salmanlı Suraxanıda DƏFN OLUNACAQ

Ağaxan Salmanlı Suraxanıda DƏFN OLUNACAQ
HADİSƏ

29 fevral 2020, 10:20

Mətn ölçüsü

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı bu gün dəfn olunacaq.

Bu barədə Gənc Tamaşaçılar Teatrının Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, A.Salmanlı ilə vida mərasimi Yeni Suraxanıdakı evində keçiriləcək. Daha sonra Suraxanı qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Xalq artisti Ağaxan Salmanlı bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib.