Bakı-Sumqayıt yolunda hərəkət dayandı

Bakı-Sumqayıt yolunda hərəkət dayandı
HADİSƏ

06 mart 2020, 21:07

Mətn ölçüsü

Bakı-Sumqayıt və Balaxanı-Novxanı-Sumqayıt avtomobil yollarında hərəkət dayanıb.

News24.az xəbər verir ki, adıçəkilən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkəti iflic olub, böyük tıxac yaranıb. Yolun Sumqayıta doğru istiqamətində hər iki yolda hərəkət tamamilə dayanıb. Yüzlərlə avtomobil yolda qalıb.

Hadisəyə Bakı-Sumqayıt yolunda gedən təmir işlərinin səbəb olduğu deyilir.

Məlumata görə, Bakı-Sumqayıt yolunda təmir işləri aparıldığından avtomobillər Balaxanı-Binəqədi- Novxanı istiqamətinə yönləndirilib