Qaxda xırdabuynuzlu heyvanları oğurlayan şəxs SAXLANILDI
    • 7-03-2020, 10:24
    • 1 020

Qaxda xırdabuynuzlu heyvanları oğurlayan şəxs SAXLANILDI

Qax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Əmircan kənd sakini ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədən 6 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında Qax RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi Hidayət Əliyev saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı heyvanları satdığını bildirib. 

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.