İçərisində 2 800 manat olan pulqabı OĞURLANDI
    • 7-03-2020, 13:43
    • 765

İçərisində 2 800 manat olan pulqabı OĞURLANDI

Polis əməkdaşları Bakı sakininin pulqabısını oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, əməliyyatı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları keçiriblər.

Əməliyyat tədbiri nəticəsində R.Əliyevin içərisində 2 800 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini E.Məmmədov saxlanılıb.