“28 Mall”un bağlanması xəbərinə RƏSMİ AÇIQLAMA

“28 Mall”un bağlanması xəbərinə RƏSMİ AÇIQLAMA
HADİSƏ

07 mart 2020, 21:33

Mətn ölçüsü

"28 Mall” Ticarət Mərkəzi bu gün səhər saatlarından bağlanıb.

News24.az xəbər verir ki, ticarət mərkəzinin qarşısına alış-verişə gəlmiş xeyli adam toplaşsa da, onların içəri girişinə icazə verilmir.

Mühafizəçilərin bildirdiyinə görə, bağlanmaya səbəb səhər saat 10:00-dan ticarət mərkəzinə elektrik enerjisinin verilişinin dayandırılmasıdır.

"28 Mall” ticarət mərkəzinin nə vaxt açılacağı ilə bağlı heç bir məlumat verilmir. Mühafizəçilərin sözlərinə görə, hazırda içəridə yalnız mağaza və digər obyektlərdə çalışan işçilərdən başqa heç kim yoxdur. Yalnız elektrik enerjisi veriləndən sonra içəri girişə icazə veriləcək.

Elektrik enerjisinin hansı səbəbdən dayandırıldığı və ticarət mərkəzinə bağlı qaldığı müddətdə dəyən ziyanla haqqında məlumat verilmir.

Lakin "Paşa İnşaat Ticarət Mərkəzləri Qrup"unun marketinq departamentinin rəhbəri Nuranə İsgəndərova məlumatı təkzib edib.

Bildirilib ki, Ticcarət Mərkəzi fəaliyyətini davam etdirir və belə hadisə baş verməyib. Yayılan məlumat həqiqəti əks etdirmir.