Qaxda azyaşlını it dişlədi
    • 7-03-2020, 23:44
    • 920

Qaxda azyaşlını it dişlədi

Qax rayonunda 5 yaşlı uşağı it dişləyib.

News24.az xəbər verir ki, bu gün axşam saatlarında rayonun Tasmalı kənd sakini, 2015-ci il təvəllüdlü Pərnaz Elgün qızı Hacızadə sağ sağrı nahiyəsindən it dişləməsi xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Azyaşlıya lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd edildikdən sonra evə buraxılıb.