Azərbaycanda ağac avtomobillərin üstünə aşdı – FOTO
    • 8-03-2020, 13:19
    • 899

Azərbaycanda ağac avtomobillərin üstünə aşdı – FOTO

Dünən güclü külək Xaçmazda fəsadlara səbəb olub.


News24.az-ın məlumatına görə, Xaçmaz şəhərində külək iri ağacları aşırıb. Şəhərin mərkəzi hissəsində isə ağaclardan biri avtomobillərin üstünə aşıb. Nəticədə 2 avtomobil yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə vaxtı maşınlarda heç kim olmayıb və xəsarət alan olmayıb.


Küləyin fəsadları aradan qaldırılır.


Həmçinin yerli qurumlar tərəfindən dəymiş ziyanın hesablanmasına başlanılıb.