Astarada avtomobil körpüdən aşıb, ölən və xəsarət alan var

Astarada avtomobil körpüdən aşıb, ölən və xəsarət alan var
HADİSƏ

10 mart 2020, 00:03

Mətn ölçüsü

Astara rayonunda avtomobil körpüdən aşıb.

News24.az xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Astaranın Şahağacı kəndi ərazisindən keçən hissəsində baş verib.

"Toyota" markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb. İlkin məlumata görə, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Hazırda ölən və xəsarət alan şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.