“UniBank”da özbaşınalıq – Filial rəhbəri xanım müştəriyə SƏRT TƏPKİ GÖSTƏRDİ – VİDEO
    • 10-03-2020, 17:30
    • 1 713

“UniBank”da özbaşınalıq – Filial rəhbəri xanım müştəriyə SƏRT TƏPKİ GÖSTƏRDİ – VİDEO

Bu gün “UniBank”ın “28 May” filialında müştəri və filial rəhbəri arasında qalmaqal yaşanıb.

Bu barədə News24.az-a daxil olan şikayət məktubunda bildirilib ki, bu gün valyuta dəyişmək üçün bankın sözügedən filialına yaxınlaşan xanım müştəri ilə kobud rəftar edilib. Adının çəkilməsini istəməyən xanım müştəri bildirib ki, saat 12:00-da növbə nömrəsi götürüb, lakin saatlar keçsə də, ona növbəsi çatmayıb. İradını bildirdikdə isə filial rəhbəri onun etiraz etməsinə sərt təpgi göstərib və üstünə yeriyərək "növbənizi deyərək" qışqırıb və  onu polislə hədələyib. "Kimə istəyirsən şikayət et, xoşun gəlmir çıx get" deyərək, saatlarla növbəsini gözləyən xanım müştəriyə qarşı sayğısızlıq göstərib. 

Kobud rəftarla üz-üzə qalan xanım bankda valyuta mübadiləsinin dayandırılması ilə bağlı müştərilərə heç bir məlumat verilmədiyini də vurğulayıb. 

Məsələ ilə bağlı "UniBank"ın mətbuat xidmətinə sorğu ilə müraciət etdik. Qarşı tərəfin mövqeyi sorğuya cavab verildiyi an işıqlandırılacaq.