Azərbaycanda daha iki nəfərdə koronavirus tapıldı - RƏSMİ
    • 10-03-2020, 22:33
    • 882

Azərbaycanda daha iki nəfərdə koronavirus tapıldı - RƏSMİ

İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının 1960 və 1984-cü il təvəllüdlü iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabinetinin yanında operativ qərargahdan  News24.az-a verilən məlumata görə, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər.
 
Hazırda pasiyentlərin səhhəti normaldır, vəziyyətləri stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.