SON DƏQİQƏ! “Lider” TV-nin yayımı dayandırıldı
    • 11-03-2020, 00:32
    • 1 050

SON DƏQİQƏ! “Lider” TV-nin yayımı dayandırıldı

Azərbaycanda “Lider” telekanalının yayımı dayandırılıb.

News24.az xəbər verir ki, bir az öncə telekanal fəaliyyətini dayandırıb. Məsələ ilə bağlı təfərrüatlar hələlik bəlli deyil.

Saat 22:01-də “Gecənin sehri” adlı veriliş başlayarkən telekanalın efiri yarımçıq kəsilib.
Qeyd edək ki, uzun müddətdir telekanalda ciddi maliyyə problemləri yaşanırdı.

Xatırladaq ki, “Lider” telekanalı 2000-ci ildən fəaliyyət göstərirdi. Kanalın rəhbəri Ədalət Əliyevdir.
/Axşam.az/