Meşədə yanğın törədən şəxslər TUTULDU
    • 11-03-2020, 12:52
    • 591

Meşədə yanğın törədən şəxslər TUTULDU

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə mart ayının 9-da rayonun Nügədiqazmalar və 10-da Yuxarı Tüləkəran kəndləri ərazilərində ehtiyatsızlıqdan meşə və quru otlaq, eləcə də bağ sahələrinin yanmasına səbəb olan iki rayon sakini, Hikmət Mirzəyev və Firudin Pənahəliyev saxlanılıblar və həmin hadisə qanuna müvafiq araşdırılır.

News24.az xəbər verir ki. bu barədə Daxili İşlər Nazirliyinin mətuat xidmətindən məlumat verilib.

Dindirilmə zamanı hər iki şəxs ehtiyatsızlıqdan törətdikəri yanğına görə peşman olduqlarını bildirərək, vətəndaşlara əkin və bağ sahələrində təmizlik işləri aparan zaman ehtiyatlı olmağı və təmizlədikləri quru otları ərazilərdə yandırmamağı məsləhət biliblər.