Bakıda itkin düşən 7 nəfər TAPILDI
    • 16-03-2020, 11:09
    • 585

Bakıda itkin düşən 7 nəfər TAPILDI

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) iki gün ərzində paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
BŞBPİ-nin Mətbuat Xidmətindən News24.az -a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 14-15 mart tarixlərində 58 cinayətin üstü açılıb. 

Onlardan 18-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.
Narkotiklərlə əlaqəli 15, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 23 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 9 nəfər saxlanılıb.
İtkin düşən kim axtarışı elan olunan 7 nəfər tapılaraq ailəsinə təhvil verilib.