Rafael Dadaşov DÜNYASINI DƏYİŞDİ
    • 16-03-2020, 15:52
    • 2 870

Rafael Dadaşov DÜNYASINI DƏYİŞDİ

Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib.

News24.az-ın məlumatına görə, bu barədə tanınmış aktyorun qızı, müğənni Səidə Dadaşova bildirib:

“Çox ağırdır. Atam indi dünyasını dəyişdi. Çox danışa bilmirəm. Dünyasını dəyişən zaman hamımızdan halallıq istədi”.

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü. /Lent.az/