Rafael Dadaşov sabah II Fəxri Xiyabanda dəfn ediləcək

Rafael Dadaşov sabah II Fəxri Xiyabanda dəfn ediləcək
HADİSƏ

16 mart 2020, 17:00

Mətn ölçüsü

Xalq artisti Rafael Dadaşovun cənazəsi sabah saat 2-də öz evindən götürüləcək.

Bu barədə News24.az-a açıqlamasında Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov bildirib.

O qeyd edib ki, sənətkar II Fəxri Xiyabanda dəfn olunacaq.

İ.Hümbətov koronavirusla bağlı yas mərasimlərinə edilən məhdudiyyətli də xatırladıb: "Əlbəttə, Rəfael Dadaşov böyük sənətkardır, hamının sevimlisidir. Təbii ki, xalq artistimizi son mənzilə yola salmaq üçün çox insan iştirak etmək istəyəcək. Amma yaranan vəziyyəti də anlamaq lazımdır. Çalışacağıq ki, Nazirlər Kabinetinin qərarına maksimum əməl olunsun".  

Allah rəhmət eləsin! 

Afaq Mirayiq