SON DƏQİQƏ! Mübariz Mənsimov HƏBS EDİLDİ

SON DƏQİQƏ! Mübariz Mənsimov HƏBS EDİLDİ
HADİSƏ

17 mart 2020, 10:10

Mətn ölçüsü

FETO istintaqı çərçivəsində saxlanılan azərbaycanlı iş adamı Mübariz Mənsimov həbs olunub.

News24.az "Millliyyet"ə istinadən xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən başladılan istintaq çərçivəsində tutulan Mübariz Mənsimov Qurbanoğlu və meneceri Nuray Nurcihan Perker ötən gün axşam Çağlayandakı İstanbul Ədalət Sarayına göndərilib.

Məhkəmə zamanı Mübariz Mənsimov həbs edilib. Onun meneceri isə sərbəst buraxılıb.