Lənkəranda ölümlə nəticələnən yol qəzası olub
    • 19-03-2020, 16:58
    • 753

Lənkəranda ölümlə nəticələnən yol qəzası olub

Lənkəran şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  News24.az- verilən məlumata görə, martın 18-də saat 21 radələrində şəhər ərazisində Göyşaban kənd sakini E.Səfərli idarə etdiyi “VAZ-21703” markalı avtomobili yol ayırıcısına vurub və aşaraq yolun kənarında dayanıb.
Nəticədə xəstəxanaya yerləşdirilmiş sərnişini Hidayət İbrahimov orada ölüb.
Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.