Karantində olan qadının ərindən açıqlama -Onlara yaxşı baxırlar

Karantində olan qadının ərindən açıqlama -Onlara yaxşı baxırlar
HADİSƏ

21 mart 2020, 19:08

Mətn ölçüsü

"Həyat yoldaşım və azyaşlı oğlum hazırda Astara rayon Mərkəzi Xəstənasında karantindədir. Onların vəziyyəti yaxşıdır”.

News24.az xəbər verir ki, bunu “Qafqazinfo” ya açıqlamasında karantində saxlanılan Fatimə Zabidlinin həyat yoldaşı Amil Ağazadə deyib. 

O qeyd edib ki, ailəsini karantində bu gün ziyarət edib: “Hər şey öz qaydasındadır. Mütəmadi olaraq telefonla əlaqə saxlayırıq. Onlara yaxşı qulluq edilir, baxılır. Həyat yoldaşım oğlum epilepsiya xəstəsi olduğu üçün İrana getmişdi. Onlar vətənə qayıdandan sonra karantinə alınıblar. Hazırda vəziyyətləri yaxşıdır.

Dövlətimizə təşəkkür edirik ki, karantində saxlanılan insanlara yaxşı şərait yaradıblar. Eyni zamanda həkimlər də insanların qayğısına qalır. Onlara da təşəkkür edirik. Dövlətimizin və həkimlərin səyi ilə bu bəladan da tezliklə qurtularıq”.