Bakıda insanlar avtobuslarda quraşdırılan dezinfeksiya qablarını boşaldır – FOTO

Bakıda insanlar avtobuslarda quraşdırılan dezinfeksiya qablarını boşaldır – FOTO
HADİSƏ / Foto

24 mart 2020, 12:45

Mətn ölçüsü

Bir neçə gündür Bakıda avtobuslarda sərnişinlrin əllərini dezinfeksiya etməsi üçün qablar yerləşdirilib.

News24.az-ın məlumatına görə, avtobuslardakı hmin qabların boş olması sərnişinlərin narazılığına səbəb olub. Məlum olub ki, bəzi sərnişinlər avtobuslara daxil olaraq özləri ilə götürdükləri qabları həmin qurğular vasitəsilə doldururlar və qısa müddətdə hamı üçün nəzərdə tutulmuş dezinfeksiya məhlulları tükənir.

Bəzi avtobuslarda isə sərnişinlər məhlulu yerə tökür və qabları sındırırlar.