Salyanda ev YANDI
    • 26-03-2020, 09:43
    • 613

Salyanda ev YANDI

Salyan rayonununda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, rayonun Quyçu kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli, tavanı qamışdan ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.