Əməkdar rəssam Rəşid Şerif VƏFAT ETDİ

Əməkdar rəssam Rəşid Şerif VƏFAT ETDİ
HADİSƏ

26 mart 2020, 15:52

Mətn ölçüsü

Azərbaycan Dövlət “YUĞ” Teatrının baş rəssamı, Əməkdar rəssam Rəşid Şerif (Həsənov) vəfat edib. 

Bu barədə Azərbaycan Dövlət “YUĞ” Teatrının ədəbi-hissə müdiri Elçin Cəfərov məlumat verib. 
Onun sözlərinə görə, R.Şerif martın 26-da vəfat edib. 
R.Şerif Yuğ teatrı yarandığı gündən bu teatrda çalışıb. Bu illər ərzində teatrda hazırlanmış 50-yə qədər tamaşaya, o cümlədən bir sıra xarici ölkələrin teatrlarında hazırlanmış tamaşalara tərtibat verib.
Allah rəhmət eləsin. /APA/